AZ

De la Fuente: “Bizim Yamala ehtiyacımız var”

Idman.biz saytına istinadən ain.az xəbər verir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, qarşıdakı oyunlar üçün Lamin Yamalın yığmaya çağırıldığını təsdiqləyib və futbolçunun fiziki durumuna dair yayılan şübhələrə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis Yamalın “ideal vəziyyətdə” olduğunu deyib.

“Bunu tam inamla deyirəm: Lamine Yamal mükəmməl vəziyyətdədir. Onun məşqçisi də onun oynamağa hazır olduğunu bildirib. Yamalın çağırılması idman baxımından tamamilə əsaslıdır. Bizə ən yaxşı oyunçular lazımdır və o da onların arasındadır. Burada nə qədər lazım bilsək, yanımızda olacaq”, - De la Fuente vurğulayıb.

De la Fuente bundan əvvəl Yamal və Karvahal arasında yaranan emosional anlaşılmazlıq barədə də danışıb və münasibətlərin gözəl şəkildə davam etdiyini qeyd edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
4
icma.az

5Mənbələr