“2015-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 3 milyard dollar təşkil edirdi. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çox idi. Həmin dövrdə ermənilər ruslara güvənirdilər. Düşünürdülər ki, Rusiya onların təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda, diaspor vasitəsilə ABŞ-dan da dəstək almağı planlaşdırırdılar. Əmin idilər ki, Azərbaycan heç vaxt ordusunun gücü ilə torpaqlarını işğaldan azad edə bilməyəcək”.
NOCOMMENT.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
Xəbəri videodan da izləyə bilərsiniz: