AZ

Məmmədyarov: “Müdafiə naziri soruşdu ki, neçə gün müharibə apara bilərik? Dedim…” – VİDEO

“2015-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 3 milyard dollar təşkil edirdi. Bu da Ermənistanın bütün dövlət büdcəsindən çox idi. Həmin dövrdə ermənilər ruslara güvənirdilər. Düşünürdülər ki, Rusiya onların təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda, diaspor vasitəsilə ABŞ-dan da dəstək almağı planlaşdırırdılar. Əmin idilər ki, Azərbaycan heç vaxt ordusunun gücü ilə torpaqlarını işğaldan azad edə bilməyəcək”.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

Xəbəri videodan da izləyə bilərsiniz:

O, hərbi əməliyyatların mümkün müddətinə dair o dövrün müzakirələrini də xatırladıb:

“Müdafiə naziri məndən soruşdu ki, hərbi əməliyyatlar keçirmək üçün neçə gün vaxtımız var? Dedim, 3–4 gün, uzağı, 1 həftə.

Çünki üç həmsədr ölkə məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaqdı, bu da bizə mane ola bilərdi. Yeni qətnamə qəbul edilə bilərdi. Yeni faktorlar, risklər var idi.

Prezident İlham Əliyev çox məsuliyyətli qərar verməli idi. O, bütün təhlükəsizlik amillərini nəzərə alaraq çox ağır, lakin düşünülmüş qərar qəbul etdi. Sağ olsun ki, bu böyük məsuliyyət tələb edən missiyanı uğurla yerinə yetirdi”.

Seçilən
0
3
konkret.az

4Mənbələr