AZ

Türkiyənin milli müdafiə naziri Bakıdadır

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Y.Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Naziri səfərdə Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel müşayiət edirlər.

Seçilən
5
40
manset.az

10Mənbələr