Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan NATO nümayəndə heyəti ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün X hesabında bildirib.
“Azərbaycana sahə tədqiqatı səfərində olan NATO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşdüyümə görə şadam. Biz uğurlu və faydalı NATO-Azərbaycan tərəfdaşlığını geniş formada müzakirə etdik və regional təhlükəsizlik məsələləri barədə, eləcə də Azərbaycan-Ermənistan sülh gündəliyi haqqında fikir mübadiləsi apardıq”, - Prezidentin köməkçisi qeyd edib.