Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan NATO nümayəndə heyəti ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında bildirib.
“Azərbaycana sahə tədqiqatı səfərində olan NATO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşdüyümə görə şadam. Biz uğurlu və faydalı NATO-Azərbaycan tərəfdaşlığını geniş formada müzakirə etdik və regional təhlükəsizlik məsələləri barədə, eləcə də Azərbaycan-Ermənistan sülh gündəliyi haqqında fikir mübadiləsi apardıq”, - Prezidentin köməkçisi qeyd edib.