Bakı. Trend:
Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziriVüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan SlovakiyaRespublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakınrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumatverilib.
Nazir V.Mustafayev qonaqları salamlayaraq onları Azərbaycandagörməkdən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında mövcudolan dostluq münasibətlərinin və müxtəlif istiqamətlər üzrətərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb,Azərbaycanla Slovakiyanın müdafiə sənayesi sahəsində uğurluəməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb.
V.Mustafayev son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsindəəldə etdiyi nailiyyətlər, istehsal imkanları və innovativtexnologiyaların tətbiqi, həmçinin qabaqcıl təcrübələrininteqrasiyası ilə bağlı həyata keçirilən işlər haqqında ətraflıməlumat verib.
R.Kalinak öz növbəsində səmimi görüşə və qonaqpərvərliyə görəminnətdarlığını bildirib, Slovakiyanın Azərbaycanla əlaqələringenişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qonaq müdafiəsənayesi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin hər ikiölkənin strateji maraqlarına və qarşılıqlı inkişaf perspektivlərinətöhfə verəcəyini qeyd edib.
Görüş zamanı tərəflər hərbi-texniki sahədə mövcud əlaqələrigeniş müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər haqqındafikir mübadiləsi aparıblar.