Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.
Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Rəşad Əhmədov olub.
“Qəbələ” beş oyun idi qələbə qazana bilmirdi. Kaxaber Sxadadzenin kollektivi son 5 matçda 4 məğlubiyyət, cəmi 1 heç-heçə görmüşdü. “Sumqayıt” isə 17 xalla 5-ci pillədə qərarlaşmışdı və növbəti qələbə sayəsində liderlir qrupuna yaxınlaşmaq istəyirdi.
90 dəqiqənin yekununda “Sumqayıt” inamlı qələbəyə sevinib. “Qəbələ”də isə uğursuz gedişat hələ də davam edir.
Premyer Liqa
11-ci tur
7 noyabr
“Qəbələ” – “Sumqayıt” 0:2
Qollar: Rüstəm Əhmədzadə, 54. Aleksandr Ramalinqom, 81.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 16:44.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 71. Masaki Murata, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.

