ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi, o cümlədən 496 şəxs 618 ədəd yüksək texnologiyalı protezlə təmin edilib.
Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3709 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2389 şəxs 84 min reabilitasiya vasitəsi ilə təmin edilib. Müharibədə əzalarını itirmiş 496 hərbçi isə 618 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. Bundan başqa, Danimarkanın "Levitate" şirkəti tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 14 nəfər qaçış üçün yüksək texnologiyalı 15 protezlə təmin edilib.
Qeyd olunan protezlər müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradır.
Postmüharibə dövründə həyata keçirilən ardıcıl reabilitasiya tədbirləri, peşəkar həkim komandasının səyləri, müasir və effektiv üsulların tətbiqi sayəsində artıq 238 nəfər Vətən müharibəsi iştirakçısı əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması Agentliyin əsas hədəflərindən biridir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.