Bakı. Trend:
Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakıdövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininreabilitasiya müəssisələrində 3709 qaziyə tibbi və sosial-psixolojireabilitasiya xidmətləri göstərilib.
Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan2389 şəxs 84 min reabilitasiya vasitəsi ilə təmin edilib.Müharibədə əzalarını itirmiş 496 hərbçi isə 618 ədəd yüksəktexnologiyalı protezlə təmin edilib. Bundan başqa, Danimarkanın"Levitate" şirkəti tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan14 nəfər qaçış üçün yüksək texnologiyalı 15 protezlə təminedilib.
Qeyd olunan protezlər müharibə ilə əlaqədar əlilliyi olanşəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst vəaktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradır.
Postmüharibə dövründə həyata keçirilən ardıcıl reabilitasiyatədbirləri, peşəkar həkim komandasının səyləri, müasir və effektivüsulların tətbiqi sayəsində artıq 238 nəfər Vətən müharibəsiiştirakçısı əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridəqoyublar.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəlireabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosialreabilitasiya imkanlarının artırılması Agentliyin əsashədəflərindən biridir.