AZ

Kobaxidze: “Biz sülhü qorumaq istəyirik”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“Bu, cəmiyyətimizin tələbidir və biz Gürcüstan cəmiyyəti qarşısında cavabdehik”

“Biz sülhü qorumaq istəyirik”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TRT WORLD”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti ən yüksək səviyyədə Gürcüstandan Rusiyaya qarşı müharibəyə qoşulmağı tələb edib: “Volodimir Zelenskinin BMT Baş Assambleyasında Gürcüstanla bağlı bəyanatına cavab vermək istəmirəm. Çünki o müharibə şəraitində olan ölkənin prezidentidir. Lakin Gürcüstanın Rusiyaya qarşı müharibəyə qoşulmaqdan niyə imtina etdiyinə cavab verirəm. Gürcüstan hökuməti sülhü qorumaq istəyir. Çünki bu, gürcü cəmiyyətinin tələbidir və hökumət cəmiyyət qarşısında cavabdehdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
ayna.az

4Mənbələr