AZ

İrakli Kobaxidze: Gürcüstan hökuməti sülhü qorumaq istəyir

Tbilisi, 7 noyabr, AZƏRTAC

Biz sülhü qorumaq istəyirik, bu, bizim cəmiyyətimizin tələbidir və biz Gürcüstan cəmiyyəti qarşısında cavabdehik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze TRT WORLD telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna hökuməti ən yüksək səviyyədə Gürcüstandan Rusiyaya qarşı müharibəyə qoşulmağı tələb edib.

“Volodimir Zelenskinin BMT Baş Assambleyasında Gürcüstanla bağlı bəyanatına cavab vermək istəmirəm, çünki o, müharibə şəraitində olan ölkənin prezidentidir. Lakin Gürcüstanın Rusiyaya qarşı müharibəyə qoşulmaqdan niyə imtina etdiyinə cavab verirəm. Gürcüstan hökumət sülhü qorumaq istəyir, çünki bu, gürcü cəmiyyətinin tələbidir və hökumət cəmiyyət qarşısında cavabdehdir”, – deyə İ.Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
9
3
azertag.az

4Mənbələr