AZ

Premyer Liqa: “Şamaxı” “İmişli”ni xalsız yola saldı - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Şamaxı” “İmişli”ni qəbul edib.

Şamaxı şəhər stadionunda keçirilmiş oyunu Rauf Cabbarov idarə edib.

“Şamaxı” üç tur idi qələbəyə həsrətiydi. Ayxan Abbasovun kollektivi 3 xal həsrətinə bu görüşdə son qoymağa nail olub. “İmişli” də ötən tur “Qarabağ”a məğlubiyyəti unutdurmaq üçün mübarizə aparsa da, buraxdığı yeganə qol nəticəsində bunu reallaşdıra bilməyib.

Günün digər oyunu “Qəbələ” ilə “Sumqayıt” arasında keçiriləcək. Qalan oyunlar isə şənbə və bazar günlərinə təsadüf edəcək.

Premyer Liqa
11-ci tur

7 noyabr

“Şamaxı” – “İmişli” 1:0
Qol: Karim Rossi, 79.
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 13:44.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaskilya.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
18
arena.az

10Mənbələr