ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən 10 ay ərzində yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 120 vəzifəli şəxs barəsində 75 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Bunu Baş prokuror Kamran Əlitev rəsmi mətbuata müsahibəsində deyib.
Həmin işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma mərhələsində 3 milyon 532 min manatın ödətdirilməsi təmin edilib. Həmçinin 14 milyon 916 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 76 faizinin ödətdirilməsi təmin edilib.
Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 343 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 198 min manat məbləğində pul vəsaiti ödənilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.