AZ

Ötən 10 ay ərzində 120 vəzifəli şəxs barəsində iş məhkəməyə göndərilib - Baş prokuror

Bakı.Trend:

İcraatına xitam verilmiş işlər üzrə 4 milyon 343 min manatməbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azadolunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon198 min manat məbləğində pul vəsaiti ödənilib.

Trend xəbərverir ki, bu sözləri Baş prokuror Kamran Əliyev rəsmi mətbuatamüsahibəsində deyib.

K.Əliyev bildirib ki, korrupsiya ilə mübarizədə ixtisaslaşmışcinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsi tərəfindən də ötən 10 ay ərzində yüksəkgöstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifəsəlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadəvə s. faktlar üzrə 120 vəzifəli şəxs barəsində 75 cinayət işininibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrəgöndərilib.

"Həmin işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırmamərhələsində 3 milyon 532 min manatın ödətdirilməsi təmin edilmiş,həmçinin 14 milyon 916 min manat dəyərində qiymətləndirilən əmlaküzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 76faizinin ödətdirilməsi təmin edilib",- Baş prokuror əlavə edib.

Seçilən
32
5
az.trend.az

9Mənbələr