AZ

Laçında restoranda insident - 2 nəfər həbs edildi

Laçın şəhərində yerləşən restoranlardan birində xuliqanlıq əməli törədən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Aynalı” restoranında qeydə alınıb.

Belə ki, bir neçə gün əvvəl gecə saat 03 radələrində 2 nəfər şəxs restoranda sərxoş halda münaqişə yaradıb. Onlar restoranda olan tanışlarını söyərək təhqir ediblər, həmçinin digər xuliqanlıq əməllərinə yol veriblər.

Əraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılan 1993 və 2002-ci il təvəllüdlü şəxslər barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 5 sutkalıq inzibati həbs olunub.

Seçilən
6
9
avtosfer.az

10Mənbələr