AZ

Laçında restoranda insident 2 nəfər həbs edildi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçın şəhərində yerləşən restoranlardan birində xuliqanlıq əməli törədən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Aynalı” restoranında qeydə alınıb.

Belə ki, bir neçə gün əvvəl gecə saat 03 radələrində 2 nəfər şəxs restoranda sərxoş halda münaqişə yaradıb. Onlar restoranda olan tanışlarını söyərək təhqir ediblər, həmçinin digər xuliqanlıq əməllərinə yol veriblər.

Əraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılan 1993 və 2002-ci il təvəllüdlü şəxslər barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Laçın Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 5 sutkalıq inzibati həbs olunub.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
9
qafqazinfo.az

10Mənbələr