AZ

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi etdi - Sahibə Qafarova

Bakı.Trend:

Böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, AzərbaycanPrezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinəev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi.

Trend xəbərverir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova BraziliyaFederativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxışı zamanısəsləndirib. Onun sözlərinə görə, COP29-da Azərbaycan tərəflərarasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlkidanışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensusəldə etməyi bacardı.

Spiker Sahibə Qafarova deyib ki, COP29 göstərdi ki, həttageosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlikdövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçünbirgə hərəkət edə bilərlər.

"Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq,bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişiidi".

Seçilən
37
5
az.trend.az

6Mənbələr