AZ

Lamin Yamal: “Bütün bunlar cəfəngiyyatdır” - ARENA.AZ

İspaniya millisinin və “Barselona”nın 18 yaşlı ispaniyalı ulduz hücumçusu Lamin Yamal səhhəti haqda dolaşan şayiələri təkzib edib.

Arena.az gənc futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mənim qasıq zədəm haqda və kədərli olduğum haqda çox danışırlar. Bütün bunlar cəfəngiyyatdır”, deyə Yamal vurğulayıb.

“Barselona”nın prezidenti Joan Laporta da son vaxtlar tənqid hədəfinə çevrilmiş Yamalın müdafiəsinə qalxıb. Laportanın müvafiq fikri ilə bağlı açıqlamasını təqdim edirik:

“Lamin – dühadır. Mən onun tərəfindəyəm, ona tam dəstəyimi göstərirəm. O, gözəl gənc və parlaq futbolçudur”, deyə Laporta vurğulayıb.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 10 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 116 oyun, 30 qol və 40 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
29
arena.az

10Mənbələr