“Google”, kosmosda süni intellekt məlumat mərkəzləri qurmaq istəyir. Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, süni intellekt məlumat mərkəzlərinin qurulması üçün ilk sınaq avadanlığı 2027-ci ilin əvvəlinə qədər kosmosa göndərilə bilər. Bunun üçün 2027-ci ilin əvvəlinə qədər iki prototip peyk buraxılacaq. Məqsəd suni intellektin fəaliyyətini kosmosa daşımaqdır. Açıqlamada qeyd olunur ki, orbitdə yerləşən günəş paneli Yer kürəsindəkindən 8 dəfə daha səmərəli ola bilər və demək olar ki, davamlı olaraq enerji istehsal edə bilər. Açıqlamada vurğulanır ki, planlaşdırılan sistem daimi günəş işığına məruz qalan şəbəkə peykləri qrupundan ibarət olacaq. Bu sistemin fəaliyyəti üçün bir neçə texniki maneənin aradan qaldırılması lazımdır.