AZ

Google kosmosda süni intellekt məlumat mərkəzləri qurmağı planlaşdırdığını açıqladı


Google, ilk sınaq avadanlığının 2027-ci ilin əvvəllərində göndərilməsi gözlənilən süni intellekt məlumat mərkəzləri kosmosda inşa etmək planlarını açıqladı.Şirkət veb saytında yayımlanan açıqlamada süni intellekt hesablamalarını kosmosa gətirmək üçün hazırlanmış "Günəş Tutucu Layihəsi" haqqında təfərrüatları paylaşıb.

Bəyanatda qeyd olunub ki, düzgün orbitdə yerləşən günəş paneli Yer kürəsindəkindən səkkiz dəfə daha səmərəli ola və demək olar ki, fasiləsiz enerji istehsal edə bilər. Həmçinin, gələcəkdə süni intellekt hesablamalarını miqyaslandırmaq üçün kosmosun ən yaxşı yer ola biləcəyi də qeyd edilib.
Bəyanatda vurğulanıb ki, "Günəş Tutucu Layihəsi" vasitəsilə tətbiq edilməsi planlaşdırılan sistem daim günəş işığına məruz qalacaq şəbəkə peykləri qrupundan ibarət olacaq.

Bəyanatda bu sistemin mümkün olması üçün bir neçə texniki maneənin aradan qaldırılmasının vacibliyi və bunun məlumat mərkəzi miqyasında peyklərarası əlaqələrin qurulmasını əhatə edəcəyi vurğulanıb.

Bəyanatda "Kosmos əsaslı, yüksək dərəcədə genişləndirilə bilən süni intellekt infrastruktur sistemi dizaynına doğru" başlıqlı məqalənin kosmik süni intellekt infrastrukturunun gələcəyinin təməlini qoyduğu və 2027-ci ilin əvvəlinə qədər iki prototip peykin buraxılmasının planlaşdırıldığı qeyd edilib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
92
3
aia.az

4Mənbələr