AZ

Prezident mətbuat katibini təltif etdi

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. 

Modern.az-ın  məlumatına görə, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun da adı var.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1997-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.  Bir müddət idman jurnalisti kimi fəaliyyət göstərən Bəxtiyar Məmmədov 2009-cu ildən metroda çalışmağa başlayıb. O, “Metro” qəzetində müxbir, daha sonra redaktorun müavini kimi çalışıb.

2016-cı ildə Mətbuat xidmətində rəis müavini olub. 2018-ci ildən isə Mətbuat xidmətinin rəhbəri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
modern.az

3Mənbələr