AZ

Bəxtiyar Məmmədov TƏLTİF EDİLDİ

Ajans.az xəbər verir ki, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun da adı var. Qeyd edək ki, Bəxtiyar Məmmədov 1997-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.  Bir müddət idman jurnalisti kimi fəaliyyət göstərən Bəxtiyar Məmmədov 2009-cu ildən metroda çalışmağa başlayıb. O, “Metro” qəzetində müxbir, daha sonra redaktorun müavini kimi çalışıb.

2016-cı ildə Mətbuat xidmətində rəis müavini olub. 2018-ci ildən isə Mətbuat xidmətinin rəhbəri olub.

Seçilən
4
2
Ajans.az

3Mənbələr