AZ

Vüsal İsgəndərli “Vora”ya qarşı 77 dəqiqə oynadı - ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 10-cu turu çərçivəsində “Vora” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 0:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 77-ci dəqiqəsində əvəzlənib.

“Partizani” 10 turdan sonra 9 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda 10 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
19
arena.az

10Mənbələr