AZ

Bakı Gəmiqayırma Zavodu həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir

ain.az bildirir, Avtosfer portalına istinadən.

"Bakı Gəmiqayırma Zavodu ilə bağlı vergi güzəştinin uzadılması ilə bağlı müraciət konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir".

Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu zavod həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir:

"Ölkəmizdə qeyri-kommersiya təyinatlı gəmilərin - yanğınsöndürmədən tutmuş mühafizəyə qədər olan gəmilərin olduğu ikinci belə müəssisə yoxdur. Onun fəaliyyəti uzun illərdir ki, mənfəətli deyildi. Amma zavod son bir-iki ildə əməliyyat mənfəətinə çıxıb, yükləmə səviyyəsi xeyli artıb. Hazırda orada eyni vaxtda, təxminən, 10 gəmi inşa olunur. Son 12 ildə cəmi 14-15 gəmi inşa edilib, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik".(oxu.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
4
avtosfer.az

5Mənbələr