AZ

Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib

Bakı Gəmiqayırma Zavodu ölkədə fəaliyyət göstərən əsas gəmi istehsal müəssisəsidir. Vergi güzəştinin uzadılması ilə bağlı müraciət konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir.

Kommersant.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ölkədə qeyri-kommersiya təyinatlı gəmi istehsal müəssisələri yoxdur:

"Zavod uzun illər mənfəətli olmayıb, amma son 1-2 ildə istehsal həcmi xeyli artıb. Hazırda orada eyni vaxtda təxminən 10 gəmi inşa olunur. Son 12 ildə cəmi 14-15 gəmi inşa edilib ki, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik və müdafiə etməyə hazırıq".

Seçilən
5
4
kommersant.az

5Mənbələr