AZ

Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Varşava şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin sədri Andjey Dıha ilə görüşüb.

Agentliyin məlumatına görə, görüşdə Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafı, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının səmərəli istifadəsi və ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə şirkətlər arasında sorğunun keçirilməsi, mövcud tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və sorğu nəticələrinə əsasən konkret və praktiki addımların atılması barədə razılığa gəliblər.

Seçilən
10
1
vergiler.az

2Mənbələr