AZ

AZPROMO və Polşa İnvestisiya və Ticarət Agentliyi arasında görüş keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə şirkətlər arasında sorğunun keçirilməsi barədə razılıq əldə olunub.

TurkicWorld xəbər verir ki, Varşava şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin sədri Andjey Dıha ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafı, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının səmərəli istifadəsi və ticarət dövriyyəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər özəl sektorda əlaqələrin gücləndirilməsi məqsədilə şirkətlər arasında sorğunun keçirilməsi, mövcud tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və sorğu nəticələrinə əsasən konkret və praktiki addımların atılması barədə razılığa gəliblər.

Seçilən
39
1
turkic.world

2Mənbələr