AZ

Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqiblərə ötürüldü

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Keçən həftə Türkiyə Superliqasında "Başakşəhər"ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb".

Milli.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, bunu "Antalyaspor" klubunun baş məşqçisi Erol Bulut deyib.

O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də "Eyüpspor"la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

"Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da "Eyüpspor"un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
news.milli.az

5Mənbələr