AZ

Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqib baş məşqçilərə ötürülüb

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Keçən həftə Türkiyə Superliqasında "Başakşəhər"ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb".

Moderator.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, bunu "Antalyaspor" klubunun baş məşqçisi Erol Bulut deyib.

O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də "Eyüpspor"la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

"Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da "Eyüpspor"un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq".

Xatırladaq ki, "Antalyaspor" evdə "Başakşəhər"ə 0:4 hesabı ilə uduzmuşdu. "Eyüpspor"a isə səfərdə 0:1 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
4
moderator.az

5Mənbələr