"Traktor” Asiya Çempionlar Liqasının əsas mərhələsində 4-cü tur oyununa çıxıb. SİA xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında “Əl-Şorta” (İraq) ilə qarşılaşıb. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Görüş “Traktor”un qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda teganə qolu 26-cı dəqiqədə Mehdi Torabi vurub.
Ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 8 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Al-qurdlar” lider “Əl-Vahda”dan (BƏƏ) 2 xal geri qalır.
Xatırladaq ki, yarışda ümumilikdə 12 komanda mübarizə aparır.