AZ

Ötən il isti havanın dünya büdcəsinə vurduğu ziyan açıqlandı

2024-cü ildəki isti dalğalar rekord həddə 639 milyard potensial əmək saatı itkisinə səbəb olub ki, bu da 1,09 trilyon dollara bərabərdir.

"Unikal" xəbər verir ki, bu məlumat "Lancet" jurnalında dərc olunmuş bir araşdırmada qeyd olunub.

Jurnalın məlumatına görə, 2024-cü ildə isti dalğalar səbəbindən rekord həddə 639 milyard potensial əmək saatı itirilib. Bu, 1990-cı illərdəkindən 98% çoxdur.

Hesabatda deyilir ki, "2024-cü ildə itirilən əmək saatları potensial 1,09 trilyon dollar - qlobal daxili məhsulun təxminən 1%-i itkisinə səbəb olub".

Seçilən
76
1
unikal.az

10Mənbələr