AZ

Bakıda avtomobil avtobusa çırpıldı

Bakıda avtobusun da iştirak etdiyi yol-nəqliyyat hadisəsi baş verib. Metbuat.az-ın məlumatına görə, hadisə 20 Yanvar ərazisində qeydə alınıb. Qəzanın səbəbi 18 nömrəli sərnişin avtobusunun yoluna çıxan taksi olub. Bildirilir ki, sərnişin avtomobilə sol tərəfdən minməyə çalışıb və həmin qapı avtobusa çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
18
1
metbuat.az

10Mənbələr