Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Zabrat şosesində qeydə alınıb.
"Zabrat şosesində 139 nömrəli marşrut avtobusu ilə, 198 nömrəli sərnişin avtobusu toqquşub. Bir nəfər qadın xəsarət alıb", - deyə məlumatda qeyd edib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.