AZ

Azərbaycanda dəhşətli QƏZA: İki yeniyetmə öldü, daha iki nəfər xəsarət alıb

Göygöl rayonunda avtomobil qəzası olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

"Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; - 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar.

Qəza zamanı ağır xəsarət alan daha iki nəfər - 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər.

Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
20
2
far.az

10Mənbələr