Şəmkirdə minik avtomobilinin aşması nəticəsində xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar Bərdə rayon sakinləri; 1995-ci il təvəllüdlü N. İsmayılova, 1995-ci il təvəllüdlü S. Bayramov, 1964-cü il təvəllüdlü C. Mirzəyeva, 2014-cü il təvəllüdlü M. Bayramzadə, 2016-cı il təvəllüdlü A.Bayramzadə və 2019-cu il təvəllüdlü Y Bayramzadədir.
Xatırladaq ki, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızı idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb.
Hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
22:11
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.