AZ

Ağır məğlubiyyət oldu Elmar Baxşıyev

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Araz-Naxçıvan" Misli premyer-liqasının 10-cu tur matçında "Sumqayıt"ın meydanından məğlub ayrıldı - 2:3."Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda meydançada müdafiə olunmağa yox, hücum etməyə üstünlük verirdi. Ağır məğlubiyyət oldu. Vəziyyəti düzgün dəyərləndirsək, qarşıdakı matçlar bizim üçün faydalı olacaq. Oyunu rahat bitirə bilərdik. Səhvlər üzündən uduzduq. Futbol səhv oyunudu. Çempionat hamı üçün ağırdı. Həmin səhvləri aradan qaldırsaq, qarşıdakı oyunlarda qələbələrə daha yaxın ola bilərik.- "Araz-Naxçıvan" həmişə etibarlı müdafiə planı ilə seçilib. Bu gün sanki nəsə olmuşdu... Boşluq verməyinizin səbəbi nə idi?- Bunu sırf müdafiəçilərin üzərinə atmaq istəmirik. Komanda olaraq boşluqlar verdik, rəqib də istifadə etdi. Fərdi səhvlər var idi. Onu aradan qaldırsaq, komanda kimi müdafiə xəttində daha yaxşı olacağıq. Elə səhvlərdi ki, bunun üzərində işləməliyik. Komanda olaraq daha artığını etməliyik ki, üstün oynadığımız matçı məğlub bitirməyək.- Qara Qarayev son vaxtlarda daha çox ehtiyatda qalır. Az-az şans qazanması nəylə bağlıdı?- Həmin mövqedə sağlam rəqabət var. Qarşıdakı matçlarda Qara da şans qazanacaq. O üzərində maksimum çalışan futbolçudu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
6
icma.az

10Mənbələr