AZ

Baxşıyev: “Oyunu rahat bitirə bilərdik”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda meydançada müdafiə yox, hücuma üstünlük verirdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq düzgün reaksiya versək, qarşıdakı matçlar bizim üçün faydalı olacaq. Oyunu rahat bitirə bilərdik. Sadəcə məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi. Futbol səhv oyunudur. Çempionat hamı üçün ağırdır. Həmin səhvləri aradan qaldırsaq, qarşıdakı oyunlarda qələbələrə daha yaxın ola bilərik.

– “Araz-Naxçıvan” həmişə etibarlı müdafiəsi ilə seçilib. Bu gün sanki nəsə olmuşdu müdafiə xəttinə. Boşluq verməyinizin səbəbi nə idi?

– Sırf müdafiəçilərin üzərinə atmaq istəmirik bunu. Komanda olaraq boşluqlar verirdik ki, rəqib ondan istifadə edirdi. Fərdi səhvlər var idi. Onu aradan qaldırsaq, komanda kimi müdafiədə daha da yaxşı olacağıq. Elə səhvlərdir ki, onun üzərində işləməliyik. Komanda olaraq daha artığını etməliyik ki, üstün oynadığımız matçı məğlub bitirməyək.

– Qara Qarayev son vaxtlarda daha çox ehtiyatda qalır, az-az şans qazanması nə ilə bağlıdır?

– Həmin zonada rəqabət var. Yaxşı, sağlam rəqabət gedir. Qarşıdakı matçlarda Qara da şans qazanacaq. Sadəcə elə olur ki, az şans qazanır. Qara öz üzərində maksimum çalışan futbolçudur.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
11
futbolpress.az

10Mənbələr