AZ

Saşa İliç “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 10-cu turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş oyunu meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”da texnikası mükəmməl olan çoxlu oyunçu var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, oyunda dönüş yaratdıq, sonda qalib gəldik. Futbolçularımı buna görə təbrik edirəm”.

10 turdan sonra 17 xala malik “Sumqayıt” hazırda Premyer Liqanın yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 16 xalla 5-ci pilləyə düşüb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
29
arena.az

10Mənbələr