AZ

Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarıldı - VİDEO

Bu gündən etibarən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Sosial media istifadəçiləri Ermənistan viza möhürlərindən çıxarılan Ararat dağının şəklini göstərən şəkillər paylaşırlar.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan möhürün "Ermənistanı düzgün yola yönəltmək" və Ermənistan dövlətçiliyini gücləndirmək üçün dəyişdirildiyini bildirib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan etiraf edib ki, bu, qonşuları qəzəbləndirməmək üçün edilir.

Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minib.

 

Musavat.com

Seçilən
58
28
musavat.com

10Mənbələr