AZ

Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarılıb

Bu gündən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan möhürün Ermənistan dövlətçiliyini gücləndirmək üçün dəyişdirildiyini bildirmişdi.

"Cebheinfo.az" 

Seçilən
38
28
cebheinfo.az

10Mənbələr