Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.
Crossmedia.azyarandığı gündən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.
Analitik informasiya portalı təhlili və araşdırma materiallarının dərcinə xüsusi yer verir. Bu baxımdan Cross Media Təhlil Mərkəzinin analitikləri saytda müntəzəm olaraq cəmiyyəti maraqlandıran siyasi, geosiyasi, iqtisadi, sosioloji mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.
Crossmedia.az kollektivi həm də orijinallığını qorumağa çalışır. Saytdakı maraqlı rubrikaları - mediaya həsr olunan "Mətbuat-150", qələbəmizi təqdim edən "Zəfər-5", o cümlədən "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən ""Yüksəliş" hekayəsi", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələri bu baxımdan səciyyəvidir.
Crossmedia.az sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.
Sayt həmçinin Milli Məclisin deputatları, partiya sədrləri, ictimai xadimlər və müxtəlif sahə üzrə ekspertlərlə mütəmadi əməkdaşlıq edərək, informasiya ilə yanaşı, müsahibə, açıqlama, rəyləri də təqdim edir.
Crossmedia.az-nın özəlliklərindən biri də gənc jurnalist nəslinin yetişməsinə töhfə verməsidir. Qələm tutmağı burada öyrənən gənclər artıq peşəkar media təmsilçisi kimi imzalarını tanıtmaqdadırlar.
Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik mərkəz və ictimai rəyin formalaşmasında iştirak edən media qurumu kimi tanınır. 1 yaşını tamamlayan Crossmedia.az komandasını təbrik edir və uğurlar arzulayırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta