"Crossmedia.az" saytının fəaliyyətə başlamasından 1 il ötür.
Bu gün Azərbaycanda fəaliyyət göstərən müstəqil media platformalarından biri olan "Crossmedia.az" saytının fəaliyyətə başlamasından 1 il keçir.
Qısa müddətdə geniş oxucu auditoriyası qazanan "Crossmedia.az" cəmiyyətin müxtəlif sahələrinə dair obyektiv, operativ və dolğun xəbərləri ilə fərqlənib. Sayt ölkədə və dünyada baş verən hadisələrə çevik yanaşması, peşəkar jurnalist komandası və analitik məqalələri ilə media məkanında öz yerini möhkəmləndirib.
"Crossmedia.az" kollektvini bu münasibətilə təbrik edir, onlara yeni uğurlar və yaradıcı nailiyyətlər arzulayırıq.
Milli.Az