Azərbaycan Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək.
Msport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək.
Ardınca “Neftçi” autsayder “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.
“Zirə” 16 xalla 3-cü sırada qərarlaşıb. 12 xalı olan “Neftçi” 8-ci, 5 xala malik “Karvan-Yevlax” 11-cidir. Cari mövsüm cəmi 1 qələbəsi olan “Kəpəz” 3 xalla sonuncu – 12-ci pillədə yer alıb.
Azərbaycan Premyer Liqası
X tur
1 noyabr
14:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Palms Sports Arena”
Qeyd edək ki, turun açılış qarşılaşmasında “Qarabağ” “İmişli”ni iki cavabsız qolla üstələyib.