Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək.
Matç saat 14:00-da başlayacaq.
Ardınca “Neftçi” autsayder “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.
“Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
“Zirə” 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan “Neftçi” səkkizinci, 5 xala malik “Karvan-Yevlax” onbirincidir. Cari mövsüm cəmi 1 qələbəsi olan “Kəpəz” 3 xalla sonuncu – onikinci pillədə yer alıb.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
14:00. “Karvan-Yevlax” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu
17:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Palms Sports Arena”
Qeyd edək ki, turun açılış qarşılaşmasında “Qarabağ” “İmişli”ni iki cavabsız qolla üstələyib.