
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub.


Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb. Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun alman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həm azərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb.
Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqi nümunələri də səsləndirilib.

Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti Mara Hüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə gecəyə xüsusi rəng qatıb.

AzVision.az