ATP reytinqində üçüncü yerdə olan almaniyalı Aleksandr Zverev Fransada keçirilən “Paris Masters” turnirinin yarımfinalına yüksəlib.
İdman.Biz bildirir ki, dörddəbir finalda o, rusiyalı Daniil Medvedevi (ATP reytinqində 13-cü) 2-6, 6-3, 7-6 hesabları ilə məğlub edib.
Qarşılaşma 2 saat 32 dəqiqə davam edib.
Zverev “Paris Masters” turnirinin finalına vəsiqə uğrunda dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik Sinner ilə yarışacaq.