AZ

Yannik Sinner “Paris Masters”in yarımfinalına yüksəlib

Dördqat “Böyük Dəbilqə” çempionu və dünya 2-cisi, italyan tennisçi Yannik Sinner Fransada keçirilən “Paris Masters” turnirinin yarımfinalına yüksəlib.

İdman.Biz bildirir ki, dörddəbir finalda o, amerikalı Ben Şeltonu (ATP reytinqində yeddinci nömrə) 6-3, 6-3 hesabları ilə məğlub edib.

Matç 1 saat 10 dəqiqə davam edib.

Sinner “Paris Masters” finalına vəsiqə uğrunda Aleksandr Zverev (Almaniya) və Daniil Medvedev (Rusiya) arasında matçın qalibi ilə qarşılaşacaq.

İdman.Biz

Seçilən
7
4
idman.biz

7Mənbələr