AZ

Türk Dövlətləri Təşkilatı ölkələri BTQ-nin imkanlarından istifadəni genişləndirmək niyyətindədirlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Nicat Quliyev30-31 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkekşəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrindəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilir ki, iclasda TDT dövlət başçılarının 2024-cü ildəqəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmişQəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyatdaşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistikaəməliyyatlarının təşviqi və rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars(BTQ) dəmir yolu xəttinin imkanlarından istifadəningenişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimiməsələlər müzakirə edilib.

Həmçinin TDT üzv dövlətləri arasında dəmir yolu ilə yükdaşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılmasıperspektivləri nəzərdən keçirilib. Bu kontekstdə tarif siyasəti,infrastrukturun inkişafı, sərhəd keçid məntəqələrinin buraxıcılıqqabiliyyətinin artırılması və milli dəmir yolu şəbəkələrininqovşaqlarında əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlərüzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar nəqliyyat əməliyyatlarının səmərəliliyininartırılması və TDT regionu daxilində tranzit marşrutlarınınrəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiştədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiznəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyinivurğulayıblar.

İclasda TDT-nin dəmir yolları üzrə işçi qrupunun fəaliyyətinindaha da aktivləşdirilməsi və gücləndirilməsi barədə qərar qəbuledilib. Qeyd olunub ki, bu qrupun iclaslarının daha müntəzəmkeçirilməsi qəbul edilmiş qərar və təşəbbüslərin əlaqələndirilmişşəkildə icrasını təmin edəcək.

Seçilən
22
11
az.trend.az

10Mənbələr