AZ

UNEC-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan MilliElmlər Akademiyasının (AMEA) 80 illik yubileyi qeyd olunub.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevinbüstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinəehtiramlarını ifadə ediblər, sonra AMEA-nın 80 illik yubileyimünasibətilə təşkil olunan kitab sərgisi ilə tanış olublar. Rəsmiaçılışda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbirin açılışındaçıxış edərək, AMEA-nın kollektivini və bütün elmi ictimaiyyətiyubiley münasibətilə təbrik edib. Rektor bildirib ki, Akademiyanın80 illiyi təkcə bir yubiley deyil, Vətənə elmlə xidmətin 80 ilideməkdir, eləcə də milli düşüncənin, elmi ənənənin və intellektualgücün təntənəsidir: “Azərbaycan Milli Elmlər Akademiyası elminmilli məbədidir. Bu məbəd yalnız tədqiqatların aparıldığı yerdeyil, həm də elmə inamın, düşüncəyə hörmətin rəmzidir”.

Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənsiyasəti nəticəsində AMEA Azərbaycanın intellektual dayağı və beyinmərkəzi kimi formalaşıb və bu uğurlu siyasət sayəsində Azərbaycanelmi yeni inkişaf mərhələsinə qədəm qoyub: “Prezident İlhamƏliyevin rəhbərliyi ilə elmin inkişafı dövlətin prioritetistiqamətlərindən birinə çevrilib. Elmi tədqiqatlarınrəqəmsallaşdırılması, innovasiyaların dəstəklənməsi, gənc alimlərininkişaf proqramları elmin müasir çağırışlara uyğunlaşdırılmasınaxidmət edir,” – deyə prof. Ədalət Muradov bildirib.

Rektor çıxışında Birinci vitse-prezident, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın ölkə elminin inkişafındakı müstəsnaxidmətlərini də xüsusi vurğulayıb.

Rektor AMEA və UNEC arasındakı elmi əməkdaşlığın uğurlunəticələrindən də danışıb: “Son beş ildə Scopus və Web ofScience-də UNEC və AMEA alimlərinin birgə müəllifliyi ilə 333 elmiəsər dərc edilib və həmin əsərlərə ümumilikdə 2050 istinadolub”.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında ölkəPrezidenti İlham Əliyevin Sərəncamı ilə AMEA-nın 80 illikyubileyinin dövlət səviyyəsində qeyd edilməsini ölkə başçısınınelmə verdiyi yüksək dəyər adlandırıb: “Bu sərəncam Azərbaycanelminə, alimlərinə, ziyalılarına verilən böyük dəyərin,dövlətimizin intellektual qüvvələrə olan hörmət və etimadınıntəzahürüdür”- deyə akademik bildirib.

İsa Həbibəyli akademiyanın zəngin tarixindən söz açaraq bu elmməbədinin yarandığı gündən respublikanın elmi-intellektualpotensialının formalaşdırılmasında, elmi düşüncənin inkişafıistiqamətində müstəsna xidmətlər göstərdiyini bildirib. AMEArəhbəri vurğulayıb ki, elmi və intellektual dəyərlər cəmiyyətindayanıqlı inkişafının təməlidir: “Əgər elm və bilik cəmiyyətininkişafına xidmət etməzsə, bu, yeni nəsillərin potensialınınitirilməsi deməkdir. Elmi sahələr sınaqdan, araşdırmalardan, riyazivə məntiqi sübutlardan keçməzsə, əldə edilən nəticələr etibarlı olabilməz”.

Tədbirdə həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunundirektoru, professor Misir Mərdanov və millət vəkili, akademikZiyad Səmədzadə çıxış edərək Akademiyanın ölkə elminin inkişafınaverdiyi mühüm töhfələrdən danışıblar. Alimlər çıxışlarında AMEA-nınAzərbaycanın elmi düşüncə tarixində silinməz izlər qoyduğunu və bugün də elmin strateji inkişaf istiqamətlərininmüəyyənləşdirilməsində mühüm rol oynadığını bildiriblər.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
21
8
az.trend.az

9Mənbələr